Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Gənclər Təşkilatı sədrinin namizədliyi qeydə alınmayıb…

Gənclər Təşkilatı sədrinin namizədliyi qeydə alınmayıb…

61 saylı Neftçala Dairə Seçki Komisiyasından Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən “ULU YOL”Gənclər Təşkilkatının sədri, müstəqil jurnalist kimi fəaliyyət göstərən Saday Fərəcovun namizədliyi qeydə alınmayıb. Bu barədə Azinforum.az-a Saday Fərəcovun özü məlumat verib:
“Biz namizədliyin qeydə alınması üçün bütün prosedur qaydalarına müvafiq sənədləri təqdim etmişik. Sonda imza vərəqələrin DSK-a təhvil verdik.

Bütün sənədlərimizin qaydasında,hətta imzalarında yetərli olmasın DSK-dan məsul şəxslər desədə,sonradan imzalardan bir-neçəsinin düzgün olmamasın qeyd ediblər.Etiraf edim ki,insan əli ilə yazılıb və hansısa rəqəmin ,imzanın yerinin səhv düşməsi anlayışlıdı. Amma bu fakt 5-10 imza arasında ola bilər. Adiyyəti orqan olan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova teleqram göndərmişəm və haqqın bərpa olmasına sonacan ümidliyik”.

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın