Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Gürcüstanın xarici işlər naziri Bakıya gəlir

Gürcüstanın xarici işlər naziri Bakıya gəlir

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.

AzərTAc bildirir ki, iki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.

Xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın