Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Türk axını” TANAP-ın əhəmiyyətini azaldır

“Türk axını” TANAP-ın əhəmiyyətini azaldır

Rusiya prezidenti Vladimir Putin “Türk axını” təbii qaz boru xətti layihəsinə dair müqaviləni təsdiqləyib.

Məlumatı Rusiyanın rəsmi xəbər agentlikləri yayıb.

Dumanın bu ilin 20 yanvar tarixində qəbul etdiyi bu müqavilə fevralın 1-də Federasiya Şurasının da təsdiqini almış və prezidentə təqdim edilmişdi. Vladimir Putinin də təsdiqindən sonra “Türk axını” layihəsinin reallaşmaması üçün heç bir əngəl qalmadı.

“Türk axını” layihəsi Rusiya ilə Türkiyə arasında 2014-cü ilin 1 dekabr tarixində bağlanan ilkin razılıq sazişi əsasında gündəmə gəlmişdi. Ukrayna böhranından sonra Rusiya Avropaya qaz ixracını başqa kanallar vasitəsilə həyata keçirmək məcburiyyətində qalmış, əvvəl “Cənub axını” deyilən projeyə yönəlsə də, Avropa Birliyinin basqıları nəticəsində marşrutun keçəcəyi ilk yer olan Bolqarıstan ondan imtina etmişdi. Putin isə alternativ layihə kimi, “Türk axını”na yönəlmişdi.

ABŞ-ın və bəzi Avropa ölkələrinin kəskin qarşı çıxdığı “Türk axını” müzakirələri daha sonra rus və türk rəsmilərinin bir-birinə tərs gələn tələbləri nəticəsində müvəqqəti dayandırılmış, məlum təyyarə böhranından sonra isə tamamilə unudulmuşdu. Hətta bəzi ekspertlərin fikrincə, iki dövləti qarşı-qarşıya gətirən həmin təyyarə böhranı da məhz “Türk axını”nın qarşısının alınması üçün ABŞ tərəfindən törədilmişdi.

İldə 63 milyard kub metr qaz nəqlini nəzərdə tutan “Türk axını” projesi, nə qədər rəsmən etiraf olunmasa da, zaman-zaman TANAP və TAP layihələrinin alternativi kimi ortaya çıxır. Özəlliklə, sabiq ABŞ rəsmiləri Avropanı rus qazı inhisarından xilas etmək üçün daha kiçikhəcmli projelərə önəm verdiklərini gizlətmirdilər. Sözsüz ki, rus qazının Avropaya nəqlininə mane olmağın altında yatan hikmətlərdən biri də xarici ticarət əlaqəsinin 70%-ni qaz və neft gəlirlərindən qazanan Rusiyanı iqtisadi cəhətdən çökdürmək planı idi.

TANAP və TAP layihələri də Avropanın enerji ehtiyacının 40-50%-ni ödəyən rus qazının yerini dolduracaq bir sıra layihələrdən biridir. Təsadüfi deyil ki, Obama administrasiyasının beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn da “Türk axını”nın TANAP və TAP layihələrinə marağı azaldacağından ehtiyatlanaraq deyirdi: “Türk axını”nın ikinci xətti Avropaya daha böyük həcmdə Rusiya qazının nəqlinə imkan verəcək. Bu, tədarükün təhlükəsizliyini artırmayacaq, eyni zamanda Azərbaycandan əlavə qaz həcmlərinin ixracı imkanlarını azaldaraq, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinə maneçilik törədəcək”.

“Türk axını”na digər alternativ layihələr isə Qətər və başqa körfəz ölkələrinin təbii sərvətləri ola bilərdi ki, ekspertlər Rusiyanın Suriyaya hərbi müdaxiləsinin səbəbləri arasında bu amilə də yer ayırırlar.

Maraqlıdır ki, Azərbaycan Prezidentinin Brüsselə son səfərində Avropa rəsmiləriylə müzakirə etdiyi əsas mövzularından biri də TAP və TANAP layihəsi oldu. Belə kritik bir anda Rusiya prezidentinin “Türk axını” layihəsini təsdiqləməsi rəsmi Bakının TANAP-a bağladığı ümidləri yarımçıq qoya bilər. İnşası 8 milyard dollara başa gələcək TANAP-ın Azərbaycana 40 milyard dollar qazandıracağı təxmin olunur. Neftin ucuzlaşması və hasilatın azalması ilə dərin iqtisadi böhran keçirən rəsmi Bakının bu layihəyə hava və su qədər  ehtiyacı var. (Strateq.az)

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın