Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Sosial / Fuad Qəhrəmanlının girovla azadlığa buraxılması üçün müraciət olundu

Fuad Qəhrəmanlının girovla azadlığa buraxılması üçün müraciət olundu

Nardaran hadisələri zamanı dövlət əleyhinə çağırışda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının azadlığa buraxılması üçün Nəsimi rayon məhkəməsinə müraciət edilib. Bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, müraciətdə F.Qəhrəmanlının girov müqabilində azadlığa buraxılması istənilib.
Martın 2-də Nəsimi rayon məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə müraciətə baxılacaq.
Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması – zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.

Həmçinin oxuyun

Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb. ETSN-dən daxil olan xəbərdarlığa görə, Bakıda …

Bir cavab yazın