Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Sosial / Ermənistan Rus-Türk savaşına meydan ola bilər – TƏHLİL

Ermənistan Rus-Türk savaşına meydan ola bilər – TƏHLİL

Rusiya ilə Amerika arasında Suriyada atəşkəsin elan olunması ilə bağlı razılaşma əldə olunsa da, bu sənəd Ankara ilə Mosva arasındakı gərginliyin tənzimlənməsində heç bir rol oynamır. Türkiyəni qane etməyən əsas məqam kürd terror təşkilatlarının adlarının sənəddə yer almamasıdır. Belə ki, İŞİD və Ən-Nusra terror qruplaşmalarına qarşı zərbələrin endirilməsi məqsəduyğun hesab edilsə də, nə PKK, nə də Suriyada fəaliyyət göstərən PYD və onun hərbi qanadı olan YPG-nin adları çəkilir.

Bu, Türkiyə hökumətinin terrorla mübarizə kampaniyası çərçivəsində Suririyadakı kürd terrorçularını məhv etməsinə maneə yaratmaqla yanaşı, Rusiyaya Suriya ərazisindən Türkiyəyə kürd terrorçuları vasitəsilə zərbələr endirməsinə imkan verir.

Moskva-Vaşinqton “barışığı” Rusiyanın Türkiyə ilə müharibə apaması üçün Suriyadan məkan kimi istifadə etməsinin də qarşısını alır. Belə olan təqdirdə, Rusiyanın Ermənistandan başqa hərbi istehkam kimi istifadə edəcəyi məkanı qalmır. Rusiyanın son aylar ərzində Ermənistanda hərbi qüvvələrinin sayını artırması Türkiyə ilə mümkün müharibə təhlükəsi ilə bağlıdır. Bu, o deməkdir ki, əgər Türkiyə ilə Rusiya arasında müharibə baş verərsə, rusların əsas dayaq nöqtəsi Ermənistan olacaq və hücumlar buradan həyata keçiriləcək.

ABŞ Dövlət Departamentinin sözcüsünün keçmiş müavini, Amerikanın Bəhreyndəki keçmiş səfiri Adam Ereli “Forbes” jurnalında bu günlərdə yayımlanan “Putinin yeni peyk dövləti” adlı məqaləsində Rusiyanın Ermənistan ərazisində hərbi qüvvələrinin sayının artırması məsələsinə toxunur və NATO-nun sərhədində belə bir “peyk” dövlətin varlığını `Alyansın ürəyinə sancılmış xəncər` adlandırır. Ermənistanın Amerikanın üç əsas strateji tərəfdaşı olan Azərbaycan, Türkiyə və Gürcüstanla həmsərhəd olduğunu xatırladan Adam Ereli haqlı olaraq belə bir sualla çıxış edir: “Nəyə görə Vaşinqton Putinin yeni peyk dövləti silahlandırmaqla ABŞ-ın terrorizmlə mübarizədə ən qiymətli təfdaşı olan Türkiyəni hədələməsi üzərindən susqunluqla keçir? ”

Maraqlıdır ki, həm Avropa, həm də Amerika aşkar Ermənistan təhlükəsi qarşısında hər zaman susmağa üstünlük verirlər. Belə bir təəssürat yaranır ki, Vaşinqton və Brüssel ruslardan daha çox ermənilərdən ehtiyatlanır. Sanki, erməni milləti Qərbin ərköyün övladıdır və buna görə onun şıltaqlıqlarını görməzdən gəlir, bəzən görüntü xətrinə AŞ PA, ATƏT və s. bu kimi alətlərlə onu yüngülcə tənbəh edirlər.

Əslində “erməni fenomeni”, “ermənilik” elə həqiqətən də Avropanın övladıdır və Qərb bu aləti zaman-zaman ən qorxulu düşməni olan türkə qarşı işlə salıb. Kreml Avropanın erməni sevgisindən xəbərdardır və məhz bu məqamdan elə Qərbin özünə qarşı istifadə edir. Türkiyə-Rusiya qarşıdurmasında Qərbin övladının ikincinin yanında olması Avropanı dilemma qarşısında qoyur. Avropa tarix boyu öz maraqları ilə aşıladığı dəyərlər arasında seçim etmək məcburiyyətində qalıb.

Moskva bu dəfə də Avropa ilə Amerikanın ziddiyyət nöqtələrindən yararlanmağa çalışır. Necə ki, Ukrayna məsələsində Avropanı qazını kəsməklə, Suriyada məsələsində isə miqrant sayını artırmaqla hədələyir, bu yolla Brüsseli Vaşinqtona qarşı çıxmağa təhlik etməyə çalışırdı. Bəkə də, Britaniyanın Avropa Birliyinindən çıxmaq istəyinin altında da məhz Qafqaz məsələsində fikir birliyinin olmaması dayanır. İngilislər üçün daimi dostluq yoxdur, onlar üçün maraqlar vacibdir.

Moskva Ermənistanı silahlandıraraq, Qafqazda gərginliyi artırmaqla çox təhlükəli oyuna girdiyinin fərqindədir. Görünən odur ki, Kremli Avropa və Amerikanın mövqeyindən daha çox İranın tutacağı istiqamət narahat edir. Amerikanın uzaqda olması, Avropa Birliyinin isə qəti qərara gəlməsi Moskvaya vaxt qazandıran amillərdir və 2008-ci il Gürcüstanla hərbi münaqişə zamanı olduğu kimi, bu müddət ruslara öz planlarını gerçəkləşdirməyə kifayət edir.

Lakin İran yaxındadır və Tehranın addımlarını proqnozlaşdırmaq elə də asan deyil. İranla Azərbaycan rəhbərlərinin görüşlərindən sonra Rusiya rəhbərinin hər iki dövlət başçısı ilə telefon əlaqəsi saxlaması və “Suriyadakı vəziyyətlə yanaşı, yeni sülh razılaşmasını müzakirə etməsi” görəsən, Moskvanın Tehran-Bakı ittifaqından ehtiyatlanmasından irəli gəlmir ki? AzVision.az

Həmçinin oxuyun

Ali məktəblər bu il təhsil haqqını azaldacaq? – AÇIQLAMA

“Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət …

Bir cavab yazın