Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Ermənilər daha bir musiqimizi oğurladı – VİDEO

Ermənilər daha bir musiqimizi oğurladı – VİDEO

Azərbaycanın daha bir bəstəkar mahnısı ermənilər tərəfindən oğurlanıb.

AzVision.az-ın xəbərinə görə, bu barədə aktyor Ruslan Sabirli “Facebook” profilində məlumat yayıb.

O, bildirib ki, 1979-cu ildə rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Qayınana” filminin saundtreki erməni müğənni tərəfindən oğurlanaraq, rus dilində “Za kayfovıx armyan” adı ilə oxunub. R.Sabirli qeyd edib ki, mahnı hazırda Gürcüstan radiolarında səsləndirilir.

Qeyd edək ki, “Qayınana” filminin saundtrekinin sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə aiddir. “Mehriban ailəyik” adlı mahnını xalq artistləri Flora Kərimova, Akif İslamzadə və Yalçın Rzazadə ifa edib.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …

Bir cavab yazın