Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Elxan Süleymanov iclaslara niyə qatılmır?

Elxan Süleymanov iclaslara niyə qatılmır?

85 saylı Şamaxı seçki dairəsindən Milli Məclisin deputatı Elxan Süleymanov son zamanlar nə komitə, nə də plenar iclaslarına qatılır.
Modern.az saytı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Əbiyevin fikirlərini öyrənib.
Parlamentin və deputatların intizam məsələlərinə cavabdeh olan komissiyanın sədri Ağacan Əbiyev açıqlamasında bildirib ki, Elxan Süleymanovun iclaslara qatılmamağı ilə bağlı onda heç bir məlumat yoxdur.
“Mən hardan bilim ki, Elxan Süleymanov iclaslara qatılmır? Ola bilsin ki, o ezamiyyətlərdə olduğundan iclaslara qatılmayıb. Mən indi bu haqda heç nə deyə bilmərəm. Elxan Süleymanovun niyə iclaslara qatmamağı ilə bağlı məsələyə sentyabrda baxılacaq. Elxan müəllim sentyabrda parlamentə gələr, onda soruşarıq ki, iclaslara niyə qatılmayıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın