Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Sosial / Ellada Məmmədli: “Məni də Müsavatdan qovacaqlar”

Ellada Məmmədli: “Məni də Müsavatdan qovacaqlar”

“Mənim partiyadan çıxarılmağımla bağlı tapşırıq verilib”.

Bunu Publika.az-a açıqlamasında Müsavat Qadınlar Birliyinin (MQB) sədri, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədr müavini Ellada Məmmədli deyib.

Qeyd edək ki, Müsavat Divanının üzvü Nemət Kərimli MQB-nin fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz fəaliyyət göstərdiyini deyib. Bununla bağlı məsələ Divanda müzakirəyə çıxarılacaq.

E. Məmmədli isə Divana çağırılmaqla partiyadan çıxarılacağını bildirib.

“Mənim sədrlik etdiyim MQB partiyada ən fəal strukturlardandır. Biz hər ay iclas keçirir, fəaliyyətimizi genişləndiririk. Hansısa cılız, heç bir nüfuzu olmayan adamlar bizim fəaliyyətimizə qiymət verə bilməz”, – deyə o bildirib.
MQB sədri artıq Divanda onu sorğu-suala tutduqlarını bildirib: “Lakin orda MQB-nin fəaliyyətindən söz açılmadı. Sadəcə olaraq, mənim ADR-dəki fəaliyyətim və Arif Hacılını tənqid edən statusları bəyənməyim haqda soruşdular. Xəbərdarlıqlar edildi. Belə çıxır ki, fərqli fikir söyləyənləri cəzalandıran, partiyadan xaric edən Divan növbəti dəfə mənim haqqımda analoji qərar çıxaracaq”.

 

Həmçinin oxuyun

Nazir saxta əlilliyə qarşı aparılan mübarizədən danışdı: ciddi tədbirlər görülüb

“Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin kateqoriyası müxtəlifdir. Burada sağlamlıq imkanları məhdud olan uşaq qismində …

Bir cavab yazın