Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşdü – FOTO

Elçin Quliyev Gürcüstanın daxili işlər naziri ilə görüşdü – FOTO

Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mgebrşvili ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev arasında görüş keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, görüşdə Azərbaycan – Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti və onun inkişaf tendensiyaları müzakirə olunub, DSX və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi arasında faydalı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Avropa İttifaqı, Frontex, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin uğurla davam etdirilməsini qeyd edib, razılaşdırılmamış ərazilər üzrə tezliklə razılıq əldə ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Müzakirələr zamanı beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa və dövlət sərhədindən digər qanunsuz fəaliyyətə qarşı mübarizə sahəsində Azərbaycan  və Gürcüstan sərhədçilərinin birgə səyləri yüksək qiymətləndirilib.

Bununla yanaşı, görüş zamanı Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusi vurğulanıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın