Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / İlham Əliyev bu gün Belarusa gedir

İlham Əliyev bu gün Belarusa gedir

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev 27-28 noyabr tarixlərində Belarusda rəsmi səfərdə olacaq.

Bu barədə RİA Novosti Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səfər çərçivəsində Belarus lideri Aleksandr Lukaşenko və Azərbaycan dövlət başçısının dar və geniş tərkibdə danışıqları planlaşdırılıb. Danışıqların nəticələrinə görə, beynəlxalq sənədlərin imzalanması gözlənilir.

Oxu.az xatırladır ki, iki ölkə prezidentinin əvvəlki görüşü iyunda Bakıda keçirilmişdi. Lukaşenko həmin qeyri-rəsmi səfər zamanı Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdi.

O zaman Belarus prezidenti qeyd etmişdi ki, Belarus və Azərbaycan bir-birinə yaxındır və münasibətlərin inkişafı üçün möhkəm təmələ malikdirlər.

Azərbaycan prezidenti isə ikitərəfli münasibətlərə iki ölkənin liderlərinin mütəmadi görüşlərinin də dinamiklik verdiyini vurğulamışdı. Belə ki, Azərbaycan prezidentinin Belarusa rəsmi səfərləri 2006, 2009 və 2011-ci illərdə baş tutmuşdu. Lukaşenko isə Azərbaycana 2007, 2010 və 2013-cü illərdə rəsmi səfərə gəlib.

Mətbuat xidmətinin məlumatına görə, budəfəki səfər zamanı İlham Əliyev Minskdə “Qələbə” monumentinin qarşısına əklil qoyacaq, Belarus Dövlət Böyük Vətən Müharibəsi Muzeyində olacaq.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın