Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Deputatlarımız Brüsselə səfər edəcək

Deputatlarımız Brüsselə səfər edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputat Cavanşir Feyziyev aprelin 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallisterin dəvəti ilə baş tutacaq səfər zamanı millət vəkilləri avropalı deputatlarla bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə Azərbaycanla Avropa Parlamenti arasında əlaqələrin hazırkı durumu və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Səfər aprelin 13-də başa çatacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın