Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Deputatdan bahalaşan işıq və qaz pulu barədə xalqı sevindirəcək TƏKLİF

Deputatdan bahalaşan işıq və qaz pulu barədə xalqı sevindirəcək TƏKLİF

“Gələn il büdcədən kənd təsərrüfatı sahəsinə 35 milyon manat vəsait ayrılıb. Bununla heç nə etmək mümkün deyil”.

Azinforum.az  xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, Tarif Şurasının qərarı ilə kənd təsərrüfatı sahəsinin inkişaflına dair siyasət arasında uyğunsuzluq var: “Enerji və qazın qiyməti artırılıb. Bir sahibkar istixana üçün əvvəl 25 min manat ödəyirdirsə, indi 50 min manat ödəməlidir. Bu baxımdan tərəvəz məhsullarının istehsalında azalma alacaq. Nəzərə alaq ki, məhsullar xaricə çıxarılıb ölkəyə valyuta gətirirdi”.

Deputat təklif edib ki, enerji və qaz üçün qoyulan kvota artırılsın:“Təklif edərdim ki, enerji üçün 250 kv/saat 500 kv/saat , 1500 kubmetr qaz isə 3000 kubmetr olsun. Rayonlarda insanlar evlərini daha çox qazla isidir. Verilən kvota buna təsir edir. Həmçinin Bakının bir çox yerində mərkəzləşmiş istilik sistemi olmadığından onlara da artım təsir edəcək”./Azvision.Az/

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …

Bir cavab yazın