Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Deputat Çingiz Əsədullayevə mandat verilmədi, nəticələr ləğv olundu

Deputat Çingiz Əsədullayevə mandat verilmədi, nəticələr ləğv olundu

“Siz məni təəccübləndirdiniz. Mən qalib gəldiyim dairədə seçkilərin nəticələrinin ləğv edilməsindən indi xəbər tuturam”.
Bunu virtualaz.org saytına açıqlamasında deputat Çingiz Əsədullayev deyib.
Onun sözlərinə görə, ona nə MSK-dan, nə də DSK-dan seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı heç bir xəbərdarlıq olunmayıb.
*   *   *
17:18
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyasından qeydə alınmış İlqar Vəliyev və bu dairədən deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayev MSK-ya müraciət edərək həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.
İclasda bildirilib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb və müraciətdə qeyd olunan şikayətlər öz əksini tapıb. Buna görə də MSK 90 saylı Ağdaş seçki dairəsində səsvermənin nəticələrini ləğv edib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevdir (“Trend”).

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın