Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / DAK-dan Əjdər Tağızadəyə sərt cavab

DAK-dan Əjdər Tağızadəyə sərt cavab

Azinforum.az Dünya Azərbaycanlıları Konqresi Mətbuat Xidməti tərəfindən saytımızın elektron poçtuna göndərilən bəyanatı olduğu kimi təqdim edir:

“Dünya  Azərbaycanlıları  Konqresinin  Mətbuat  Xidməti  bildirir ki, keçmiş DAK yetkilisi Əjdər Tağızadə yenə də böhtan maşınını  işə salıb  təşkilat və təşkilat üzvləri,  həmsədləri, o cümlədən Sabir Rüstəmxanlı və onun həyat yoldaşı Tənzilə Rüstəmxanlı haqqında  tam mahiyyətinə  uyğun müsahibələr verir.

İnsan şəxsiyyətinin alçaldılması və təhqir olunması  maddəsiylə cinayət işi açıla biləcək qədər cinayət tərkibli  bu fikirlərin müəllifi Əjdər Tağızadə illərlə içində olduğu proseslərə  kənarda imiş kimi münasibət bildirərkən görünür ki, iştirakçısı və ittihamçısı  olduğu  təşkilatda  öz payını, fərd olaraq daşımış olduğu hüquqi statusunu unudub. Belə ki, müsahibə boyu iki dəfə təkrarən Azərbaycan Diaspor Komitəsinin sədri Nazim İbrahimova müraciət edib pul istədiyini bildirən kecmiş DAK Daimi Şurasının sədri  məhz bu cümlələri ilə özünün əleyhinə müəyyən faktlar vermiş olur. Belə ki, Dünya Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əsasən təşkilatın maliyyə məsələləri Daima Şura sədri tərəfindən deyil DAK həmsədrlərinin nəzarətində olan bank hesabıyla nizamlanır. Adı çəkilən quruma maliyyə istəyi ilə bağlı yalnız həmsədrlərin birgə razılığı olduğu halda müraciət edilə bilər.  Müsahibədə işlətdiyi cümlələrdə   Əjdər Tağızadə əməlləri ilə vəzifəsi arasındakı bu  təzadı fərqində olmadan öz dili ilə  etiraf edir və  birmənalı olaraq  bu təşkilata müəyyən qüvvələr tərəfindən hansısa maraqlar üçün  ezam olunduğu təəssüratını yaradır.
13- cü İstanbul Qurultayında öz istəyi əsasında könüllü istehfa verən keçmiş DAK yetkilisi, təəssüf ki,  üzün müddət bu təxribatçı fəaliyyətini pərdələməyi bacarmış, lakin illərlə onu yaxından tanıyan  Güneyli soydaşlarımızın və mühüm simaların  təşkilatdan uzaq qalmasına səbəb olmuşdur. İstehfa verməsinə baxmayaraq o, bu gün də  bədnam fəaliyyətindən qalmır, birləşmədən sonra yeni müsbət fəaliyyət yönümü  ilə yola çıxmış təşkilata  anti-Azərbaycan qüvvələrin dəstəyi ilə zərbə vurmağa çalışır. Əslində, bu təxribatların hədəfi  yalnız ayrı-ayrı şəxsləri gözdən salmaq deyil, birləşmədən sonra  fəaliyyətində millət və dövlət maraqlarının   ifadəsi baxımından  müsbət dönüşə nail olmuş  Dünya Azərbaycanlıları Konresini  yenidən parçalamaq və  fəaliyyətsiz duruma salmaqdır.

Ölkə xaricində olan DAK həmsədri Sabir Rüstəmxanlı müsahibədə səslənən fikirlərlə bağlı cavab və açıqlamanı   ölkəyə qayıtdıqdan  sonra verəcəyini bildirib. DAK -ın Türk Dünyası üzrə Müşaviri,  ATQB  sədri  Tənzilə Rüstəmxanlı isə,  “Əjdər Tağızadə bu dediklərini   məhkəmədə sübut etməlidir”  söyləyib.

Müsahibədə adı çəkilən və ittiham olunan digər şəxslər də yaxın günlərdə  bununla bağlı media  açıqlaması  verəcəklərini söyləyiblər”

 

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …

Bir cavab yazın