Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Möhtəşəm açılış – Avropa Oyunlarına ev sahibliyi iddialarını qızışdıran faktor kimi…

Möhtəşəm açılış – Avropa Oyunlarına ev sahibliyi iddialarını qızışdıran faktor kimi…

Elşən Həsənov: “Danılmaz faktdır ki, Oyunlara marağın artmasında Bakıda keçirilən açılış mərasiminin möhtəşəmliyinin böyük rolu oldu”

“Əminəm ki, növbəti Oyunlara ev sahibliyi etmək üçün əməlli-başlı rəqabət gedəcək”

İlk Avropa Oyunlarını keçirmək Azərbaycana heç də asan başa gəlmədi. Bu təşəbbüsü göstərən andan bəzi beynəlxalq dairələrin bizə təzyiqi hələ də davam edir. Bundan əlavə, boykotla bağlı çağırışlar da edildi.
Təbii, doğru işə qol qoyduğumuz üçün bütün bu əks səylər fayda vermədi. Artıq Oyunlar öz axarı ilə gedir və bütün dünya bizi izləyir. Xüsusilə də Oyunların möhtəşəm açılış səhnəsinin dünyaya nümayişi bu idman hadisəsinə olan marağı bir qədər də artırdı. Təsadüfi deyil ki, artıq Oyunların bağlanış mərasiminə bütün biletlər indidən satılıb. Möhtəşəm açılış bəzi nankor dairələrin digər bir istəyini də ürəklərində qoymuş oldu. Həmin dairələr Bakıdan sonrakı yarışlara heç bir dövlətin ev sahibliyi etmək istəməməsilə bağlı xəbərlər yayırdı. Lakin açılışdan sonra artıq böyük dövlətlərdən olan Türkiyə Oyunlara ev sahibliyi edə biləcəyini açıqladı.
2019-cu ildə Türkiyənin Avropa Oyunlarına ev sahibliyi edə bilməsi barədə Avropa Olimpiya Komitəsinin İcra Komitəsinin üzvü, Türkiyə Milli Olimpiya Komitəsinin sədr müavini Hasan Arat bəyan edib.
O, Avropa Olimpiya Komitəsinin də bu məsələyə müsbət baxacağına ümid etdiyini bildirib: “Tək İstanbul deyil, Mərsin və Antalyada da hazır təsisatlarımız var. Türkiyə istəsə, Avropa oyunlarını ən aşağı maliyyə ilə həyata keçirə bilər. Lakin son qərar siyasətçilərindir”.
Bakıda Avropa Oyunlarının ən mükəmməl şəkildə təşkil olunduğunu deyən Hasan Arat bu oyunların illər keçdikcə daha böyük önəm kəsb edəcəyinə inandığını bildirib.
Qeyd edək ki, 2019-cu ildə II Avropa Oyunlarının Hollandiyada keçirilməsi nəzərdə tutulsa da, “Zanbaqlar ölkəsi” bir müddət əvvəl bundan imtina edib. Lakin göründüyü kimi, Bakıdakı Oyunların təşkili, xüsusilə də açılışın möhtəşəmliyi ölkələrdə bu Oyunlara ev sahibliyi etməklə bağlı istək yaradıb. Yəqin ki, yaxın vaxtlarda digər ölkələrin də belə təşəbbüslə çıxış etməsinə şahid olacağıq.
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, hətta Oyunların açılışından sonra belə qara-piar işə düşmüşdü: “Hollandiyanın ev sahibliyindən imtina etməsi məhz Bakıda keçirilən Oyunların effektini aşağı salmağa hesablanmışdı. Bunu sevincək qarşılayanlar sanki Avropa Oyunlarının bir daha baş tutmayacağını təbliğ edirdilər. Türkiyə rəsmi şəkildə bəyan etdi ki, növbəti Oyunlara ev sahibliyi etməyə hazırdır. Bununla bitməyəcək. Əminəm ki, növbəti Oyunlara ev sahibliyi etmək üçün əməlli-başlı rəqabət gedəcək. Danılmaz falktdır ki, Oyunlara marağın artmasında Bakıda keçirilən açılış mərasiminin möhtəşəmliyinin böyük rolu oldu. Qitəni əhatə edən Oyunların hər 4 ildən bir normal axarla davam edəcəyi heç kimdə şübhə doğurmasın. Və ən sevindirici hal budur ki, lokomativ rolunu biz oynadıq”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın