Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bütün namizədlər onun fonunda çox zəif görünürlər

Bütün namizədlər onun fonunda çox zəif görünürlər

Mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. Səsvermə İranla yanaşı dünyanın 102 ölkəsində təşkil olunacaq. Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan Sputnikə deyib ki, mayın 19-da keçiriləcək seçkilərdən qeyri-adi heç nə gözlənilmir: “Bölgədə baş verən hadisələr fonunda İran bu seçkiləri hay-küysüz, daxili çəkişmələrsiz, ictimaiyyətdə əlavə problemlər yaratmadan keçirməyə çalışır”.

“Namizədlərin adlarından və titullarından da məlum olur ki, hazırki prezidentə rəqib ola biləcək fiqur yoxdur. Bütün namizədlər Həsən Ruhaninin siyasi karyerası fonunda çox zəif görünürlər. Bu baxımdan bu seçkilərdən qeyri-adi nəsə gözlənilmir. Ehtimal edirəm ki, İranda prezident dəyişməyəcək. Həsən Ruhani yenidən İran İslam Respublikasının prezidenti olacaq” – deyə o bildirib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın