Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bu şəxslər imtahansız işə qəbul olunacaq – YENİLİK

Bu şəxslər imtahansız işə qəbul olunacaq – YENİLİK

Azərbaycanda bundan sonra Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılmayacaq.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

Həmin şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. 

Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …