Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Kazinolar şəhərinə çəyirtkələr hücum çəkib

Kazinolar şəhərinə çəyirtkələr hücum çəkib

ABŞ-ın Las-Veqas şəhəri kütləvi çəyitkə hücumuna məruz qalıb. 

Bu barədə NBC telekanalı yazır.

Bildirilir ki, çəyirtkə sürüləri şəhərin bəzi hissələrində yolu tamamilə örtür.

Alimlər hesab edirlər ki, bu cür hücuma səbəb hava olub. Onların sözlərinə əsasən, şəhərdə belə bir hal bir neçə həftə davam edəcək.

Alimlər qeyd edirlər ki, həşəratlar insanlar üçün təhlükəli deyil, lakin sürücülər yollarda ehtiyatlı olmalıdırlar, belə ki, havaya qalxan çəyirtkə “buludu” görməyə mane ola bilər.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …