Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Bu mitinq qanun pozuntusu ilə keçdi” – YAP-dan Müsavatın mitinqinə rəsmi reaksiya

“Bu mitinq qanun pozuntusu ilə keçdi” – YAP-dan Müsavatın mitinqinə rəsmi reaksiya

“Müsavatın bu günkü mitinqi “Sərbəst toplaşmaq haqqında” qanuna və Seçki Məcəlləsinə uyğun deyildi. Çünki orda çıxış edənlər həm referenduma toxundu, həm də digər şəxslərin hüquq və azadlıqlarını pozdular”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, mitinqə  çox az sayda adam gəlib: “Onlar da mitinq təşkikatçılatçılarının yaxınları idilər. Mən qeyd edim ki, bu mitinq qanun pozuntusu ilə keçdi, bunu deməyə ordakı insanların çıxışı əsas verir. Orda həqiqətə uyğun olmayan və Azərbaycanın bugünkü inkişafının görməyən, ona qara yaxan çıxışlar oldu. Hamı görür ki, Azərbaycan bu gün həm xaricdə, həm daxildə xalqın mənafeyinə uyğun siyasət aparır”.

APA

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın