Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Bu il pensiyaların nə qədər artacağı açıqlandı – Dəqiq məbləğ

Bu il pensiyaların nə qədər artacağı açıqlandı – Dəqiq məbləğ

Bildiyimiz kimi, hər ilin əvvəlində pensiyaların nə qədər artacağı Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur.
Yəni, ötən il orta aylıq nominal əməkhaqqı nə qədər artsa pensiyalar da bu ilin yanvarın 1-dən bir o qədər artırılacaq.
B
u gün – 10.02.2023-cü il tarixində 2022-ci ildə orta aylıq nominal əmək haqqında qeydə alınan artım açıqlanıb. 
Açıqlanan rəsmi məlumata görə ötən il orta aylıq nominal əməkhaqqı 14,7% artıb.
Bu isə o deməkdir ki, bu ilin yanvar ayının 1-dən etibarən pensiyaların orta məbləği hər 100 manatda 14 manat 70 qəpik artacaq.
Minimum pensiya məbləğinin 240 manat olduğunu nəzərə alsaq, minimum pensiya alanlar artımdam sonra 275 manat 28 qəpik alacaqlar. Fevral ayının 1-dən isə minimum pensiya 280 manat olduğu üçün ötən il 240 manat həddində pensiya alanlar bu ilin yanvar ayında 275 manat 28 qəpik, fevral ayının 1-dən etibarən isə 280 manat alacaqlar.
Ötən il 300 manat pensiya alanlarda artım 44 manat 10 qəpik, 400 manat pensiya alanlarda isə artım 58 manat 80 qəpik olacaq.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …