Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Eldar Sabiroğlu səfir Tameralan Qarayevi niyə yada saldı?

Eldar Sabiroğlu səfir Tameralan Qarayevi niyə yada saldı?

Günortaüstü TV-dən birində gözümə maraqlı bir veriliş dəydi. Baxmağa başladım. Aparıcı xarici ölkələrdəki bəzi Azərbaycan səfirlərinin fəaliyyətsizliyindən faktlarla danışırdı. Bir tamaşaçı olaraq aparıcının təqdimatı ilə tam bölüşürəm.

Həqiqətən, xaricdəki əksər diplomatik korpuslarımızın işi bərbad vəziyyətdədir və dövlətin səfirlər qarşısında qoyduğu vəzifələrdən başqa demək olar ki, lazımsız işlərlə məşğul olmağa daha çox vaxt ayırırlar.
Verilişdə utandırıcı bir məsələyə də toxunuldu ki, bu da bəzi səfirliklərimizin var-dövlət hərisliyinə tutulmaları ilə bağlıdır. Nə isə çox danışıb, özümüzü zibilə sala bilərik… Ona görə də ipini buraxmamız daha məsləhətlidir.


Əslində mövzuya bu cür başlamağı heç planlaşdırmamışdım. Özləri bilər kimi qoyub, kimi çıxardırlar!!! Məni bu mübarək verilişdə əsas diqqətimi çəkən hörmətli aparıcının bir neçə səfirin fotosunun efirdə görünməsi oldu. Deyəsən, 5 nəfər idi. Onlardan 4-nü tanımırdım. Qalan birini isə əla tanıyırdım.

O, Tamerlan Qarayev idi. Adı müxtəlif cinayətlərdə hallanan, məlum səbəbə görə müğənni Nəzakət Məmmədovanın ölümündə təqsirli bilinən, hətta Qarakənd faciəsində yüngül desəm, müəyyən rolu olan bu diplomatımızın görüntüsü məni məcbur etdi bu statusla “unudulmuş” Tamerlan bəyi yada salım. Onun həm də tərbiyədən uzaq olan hərəkətlərindən birini heç heç unuda bilmirəm. Hadisə parlamentdə baş verib. Mərhum Heydər Əliyevə qarşı etdiyi yaramaz hərəkətinə görə hələ də sərt qınaqlara tuş gəlir.

Böyük qələt qırdığını yox başı ilə dərk edən Tamerlan etdiyi hərəkətini “yumaq” üçün yollar axtarmağa başladı. Və tapdı… Günlərin birində dahi şəxsiyyətin hüzurunda baş əyərək səhvini etiraf etdi. Heydər Əliyevin əllərindən öpərək kabineti tərk etməli oldu. Xeyli müddət sonra isə çemodanını qöltuğuna alıb Çinə yola salındı.


Elə bilirdim 80-ə yaxınlaşan Qarayev pensiyadadır. Sən demə, yox. Nadir “istedad” Litvadakı səfirizdir. Görürəm ki, zamanında Heydər Əliyevi təhqir edənlərin əksəriyyəti indi vəzifədədir. Nə təhər ?!

Eldar SABİROĞLU

Azinforum.az

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …