Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Böyük Qayıdış:Nə qədər pul tələb edir?

Böyük Qayıdış:Nə qədər pul tələb edir?

Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.

Bu, Baş nazir Əli Əsədovun dünən imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb .

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …