Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Böhran Asim Mollazadəni də vurdu?

Böhran Asim Mollazadəni də vurdu?

Bu gün BakiPost Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə maliyyə çətinlikəri ilə üzləşdiyini yazıb.

Saytın yazdığına görə, deputat partiya üçün kirayə götürdüyü, Nəsimi rayonu, Sabit Rəhman küçəsi 7 ünvanında yerləşən dəbdəbəli villadan çıxmaq məcburiyyətində qalıb. A.Mollazadənin 10 ildən artıq bir müddətdə qərarlaşdığı ofis-villadan çıxmasına səbəb kimi ciddi maliyyə çatışmazlıqları göstərilib. Məlumata görə, o, partiyanın qərargahında çalışanların maaşlarını tamamilə kəsib, maliyyələşdirdiyi bəzi layihələrdən imtina edib. Hazırda ADİP-də anlaşılmaz bir vəziyyət hökm sürür. Xəbərdə o da qeyd olunub ki, partiya sədri, deputat seçildiyi Nəsimi rayonu ərazisində daha uyğun qiymətə kiçik ofis axtarışındadır.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Nəsimi rayonunda yerləşən ofisindən köçəcəyini təsdiqləyib. Deputat Modern.az-a bildirib ki, heç də ofisdən çıxmasının səbəbi maliyyə çatışmazlıqları deyil: “Nəsimi rayonunda ofis axtarışındayıq.
Yaxın müddət ərzində yeni ofisə köçəcəyik. Yeni binada məskunlaşacağıq. Burada əsas səbəb maliyyə çatışmazlıqları deyil. Burada əsas səbəb ofisin bizi qane etməməsidir”.

Həmçinin oxuyun

Aİ Azərbaycanda minalardan təmizləmə ilə bağlı yeni təşəbbüslə çıxış edəcək

Aİ və Azərbaycan yaxın tərəfdaşlar olaraq qalır. Bizim aktiv dialoqumuz davam edir. APA xəbər verir …

Bir cavab yazın