Bazar , Sentyabr 22 2019
Ana səhifə / Sosial / BMT-nin baş katibi Bakıya gələcək? – Nazir Nyu-Yorkda səfərdədir

BMT-nin baş katibi Bakıya gələcək? – Nazir Nyu-Yorkda səfərdədir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, nazir Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.
Nazir səfər çərçivəsində ilk olaraq BMT Baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüş keçirib.
Görüşdə Əbülfəs Qarayev Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, BMT-ni dünyanın ən yüksək və nüfuzlu təşkilatı olaraq bu prosesdə fəal olmağa dəvət edib.
Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşüb.
Nazir Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə Feltmana məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib.
Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında Daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edib.
Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava, BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, Bakı prosesi və Foruma hazırlıq məsələləri müzakirə olunub.

Həmçinin oxuyun

Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid …

Bir cavab yazın