Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / “Biz burda ağac əkirik, o villalarda tikinti gedir”- Bakı meri+Video

“Biz burda ağac əkirik, o villalarda tikinti gedir”- Bakı meri+Video

Dostluq parkında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən villaların sökülmə prosesi davam edir.

Azinforum.az ” ın Ans TV-yə istinadən məlumatına görə, bu həftə parkda daha 3 villa sökülüb və bununla sökülən qanunsuz tikililərin sayı 45 çatıb. Villaların söküldüyü əraziyə çoxsaylı işçi və texniki qüvvə cəlb olunub.

Söküntü prosesinin şərh edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, söküntü işlərinin getməsinə baxmayaraq hələ də bir neçə villa var ki, orada tikinti işləri aparılır.

Qeyd edək ki, sökülən villaların yerində ərazini yaşıllaşdırmaq məqsədilə ağaclar əkilir və Bakı meri Hacıbala Abutalıbov özü də ağac əkənlər sırasındadır.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın