Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Beynəlxalq yarışlara ev sahibliyindən imtina etməliyik” – Mirmahmud Mirəlioğlu

“Beynəlxalq yarışlara ev sahibliyindən imtina etməliyik” – Mirmahmud Mirəlioğlu

“Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdən imtina etməldir”.
Bunu Moderator.az-a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib. Partiya sədrinin sözlərinə görə, əslində bu cür yarışlara ev sahibliyi etməyə rəsmi Bakı öncədən razılıq verməməli idi:
“Azərbaycan əslində lap əvvəldən bunu qəbul etməməli idi. Əgər qəbul edibsə, yaranmış vəziyyətlə əlaqədar olaraq yenidən bu qərara baxa bilər. Lakin elə yarışlar da var ki, bu, beynəlxalq öhdəlik xarakterlidir. Məsələn, “Formula-1”in 5 il məcburən Azərbaycanda keçiriləəcyi bildirilir. Bəzi yarışların reklam lövhələrinin yerini dəyişməyin də yasaq olduğu söylənilir. Hansı ki, bu lövhələrədn biri Şah İsmayıl Xətainin heyklinin yanındadır və bu reklam lövhəsi xoş olmayan mənzərə yaradır. Bu səbəbdən də hesab edirəm ki, verilən bəzi qərarlra yenidən baxmaqda fayda var”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın