Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi – Video

Bakıda süpürgəçi qadınlara xüsusi geyim verildi – Video

Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

” Azinforum.az ” Avtosfer.az-a istinadən xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsərrüfat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə təqdim edilib.

Təxminəm 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksiyası var.  Həmçinin 3 rejimdə xüsusi batariya ilə işləyir.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır. “Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub”.

Qeyd edək ki, keçən həftə aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “Kamaz”la vurularaq öldürülüb.

 

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …