Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Gürcüstanda mədəndə uçqun – Ölən və yaralılar var

Gürcüstanda mədəndə uçqun – Ölən və yaralılar var

Gürcüstanın Tkibuli şəhərindəki “Mindeli” mədənində uçqun olub.

“Qafqazinfo” gürcü KİV-nə istinadən xəbər verir ki, uçqun nəticəsində altı mədənçi ölüb, 3 nəfər isə yaralanıb. Uçquna səbəb tunel divarlarından birində baş verən deformasiya olub, nəticədə tavan uçub.

Hadisə yerinə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili gedib.

Hazırda xilasedicilər ölən mədənçilərin cəsədlərini uçqun altından çıxarmağa çalışırlar.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …