Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Bakıda 15 marşrutun dayanacaq məntəqələri dəyişdirildi (SİYAHI)

Bakıda 15 marşrutun dayanacaq məntəqələri dəyişdirildi (SİYAHI)

Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək.
Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …