Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycan ötən il Ukraynadan 37,8 milyon dollarlıq ət idxal edib

Azərbaycan ötən il Ukraynadan 37,8 milyon dollarlıq ət idxal edib

2017-ci ildə Ukraynadan Azərbaycana ət ixracı 2,7 dəfə artaraq 37,8 milyon dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Aqrar İqtisadiyyat İnstitutunun Milli Elmi Mərkəzinin direktoru Nikolay Puqaçyov bildirib.

Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Ukraynadan bu məhsulun əsas 5 idxalçısından biri olub.

İlk 5-likdə eyni zamanda Hollandiya (80,5 milyon dollar), Misir (69,4 milyon dollar), İraq (51,2 milyon dollar) və Belarus (49,6 milyon dollar) yer alıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Ukrayna ilə ticarət dövriyyəsi 810 milyon dollar təşkil edib. Bunun böyük hissəsi – 460 milyon dolları Ukrayna məhsullarının Azərbaycana idxalının payına düşüb.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …