Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Sosial / Babək Qalası mərasiminə qatılan fəallar məhkəməyə çağırılır

Babək Qalası mərasiminə qatılan fəallar məhkəməyə çağırılır

İyun ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən Qaradağ bölgəsində yerləşən Babək Qalasında saxlanılan və səkkiz gün sonra müvəqqəti olaraq sərbəst buraxılan milli fəallar məhkəməyə çağırılır.

İran Azərbaycanına dair məlumat yayımlayan internet portallarının məlumatına görə, həmin fəallardan Əkbər Cahangiriyə Kəleybər İnqilab Məhkəməsi tərəfindən çağırış vərəqəsi göndərilib.

İyunun 30-da təqribən 15 türk fəal Babək Qalasında təşkil olunmuş və milli tələblərin gündəmə gətirildiyi bir mərasimə qatıldıqları zaman nəzarət altına alınıb. İştirakçılar həmin günlərdə Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirməkdə olan milli fəal Siyamək Mirzayiyə dəstək məzmunlu plakatlar nümayiş etdirmişdilər.

Əkbər Cahangiri

Əkbər Cahangiri həmçinin keçən günlərdə Əhər məhkəməsində kütləvi şəkildə mühakimə olunan fəallardan biridir.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Cahangiri beş gün ərzində Kəleybər məhkəməsinə müraciət etməlidir.

Şərqi Azərbaycan, Babək Qalası – 30 iyun 2017

Həmçinin oxuyun

DSMF sədri: “6500-dən artıq saxta əlillik işi ləğv edilib”

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün istiqamətlərdə sağlamlaşdırma işləri həyata keçirilir. Əsassız pensiyaların ləğv olunması, …

Bir cavab yazın