Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycanın hakim partiyasının mənfəəti 4 dəfədən çox artıb

Azərbaycanın hakim partiyasının mənfəəti 4 dəfədən çox artıb

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2022-ci ili 10,916 milyon manat mənfəətlə başa vurub.

Partiyanın maliyyə hesabatına əsasən, bu, 2021-ci ilə nisbətən 4,35 dəfə çoxdur.

Ötən il YAP-ın gəlirləri 26,794 milyon manat (əvvəlki illə müqayisədə 2 dəfə çox), o cümlədən üzvlük haqlarından gəlirləri 22,978 milyon manat (2,1 dəfə çox), əmlakından gəlirləri 242 min manat (10,5 % çox), tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, buna bənzər digər fəaliyyətlərdən gəlirləri 337 min manat (əvvəlki il olmayıb), ianələrdən gəlirləri 8 min manat (əvvəlki il olmayıb), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 2,403 milyon manat (27,3 % çox), digər gəlirləri isə 826 min manat (35,9 dəfə çox) təşkil edib. Hesabat dövründə Partiyanın xərcləri isə 15,878 milyon manat ( 49,1 % çox), o cümlədən cari xərcləri 1,5 milyon manat (3 dəfə çox), saxlanma və informasiya təminatı xərcləri 13,606 milyon manat (48 % çox), aşağı təşkilatlara ödəncləri 1 min manat (əvvəlki il olmayıb), fərdi xərcləri 135 min manat (2,6 dəfə çox), sair xərcləri isə 636 min manat (30,2 % az) olub.

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 40,636 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 66,2 % artaraq 128 min manata, balans kapitalı isə 36,9 % artaraq 40,508 milyon manata çatıb.

Xatırladaq ki, YAP-ı 1992-ci ildə sabiq prezident Heydər Əliyev yaradıb. 1993-cü ildən hakimiyyətdə olan Partiya təxminən 775 min üzvü olduğunu bəyan edir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …