Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Əmanətlərin qaytarılmasında ciddi problemlər var

Əmanətlərin qaytarılmasında ciddi problemlər var

Nə qədər inflyasiya olsa da, əsas məsələ süni qiymət artımı ilə bağlıdır.

Bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

“Ona görə də, bu sahədə antiinhisar tədbirləri daha da gücləndirilməlidir. Eyni zamanda bank faizləri də yüksəkdir. Bu da sahibkarlar üçün ciddi problemlər yaradır. Bağlanan banklar oldu ki, insanların orada çoxlu əmanətləri qalıb. Əmanətlərin qaytarılmasında ciddi problemlər var. Ona görə də Mərkəzi Banka vaxtı keçmiş kreditlərin qaytarılması məsələsini həll etməyi tövsiyə edirəm”,- deyə deputat bildirib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …