Ana səhifə / Sosial / “Azərbaycan məktəbləri əsl poliqona çevrilib”

“Azərbaycan məktəbləri əsl poliqona çevrilib”

“Azərbaycan məktəbləri əsl poliqona çevrilib”.

Bu bəyanatla millət vəkili Etibar Əliyev çıxış edib.

O, bildirib ki, uşaqlarla “Georgi lenti” tədbirindən sonra Dini mahnıların oxudulması hadisəsi də baş verib: “Nazirlik Bakı şəhəri 164 nömrəli məktəbin direktorunu alqışladı, Yevlax şəhər 1 nömrəli məktəbin direktoruna isə töhmət verildi. 

Bunlar təsadüfən qeydə alınanlardır. Məktəbə yaraşmayan hərəkətlərin sayı-hesabı yoxdur. 

Məktəb monopolistlərinin hər biri öz direktorunu qoruyur. Bakı məktəb direktorlarının bildirdiyi kimi bir məktəb monopolisti də var, lakin onu gizlədirlər. BŞTİ-nin müavini Xəyalə Əhmədzadə. 

Yuxarıdakı dost və aşnalarına arxalanaraq idarə içində idarə yaradıb. Deyirlər ki, kəsdiyi başa zaval yoxdur. Direktor təyinatı məsələsini anındaca həll edir… Fuad Babyevlə rəqabətdə irəli də keçə bilib. 

Məktəbi dağıdanlardan qoruyaq!”.

Xatırladaq ki, sosial şəbəkələrdə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutdurması haqda video yayılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb: “Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …