Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Körpə alveri ilə məşğul olan sayt aşkar edilib

Körpə alveri ilə məşğul olan sayt aşkar edilib

Qazaxıstanda körpələrin alveri ilə məşğul olan internet saytı aşkar edilib.

Bu barədə Almatı Prokurorluğu xəbər yayıb.

Bildirilir ki, saytda gənc qadınlar yeni doğulan körpələrini satırlar. Bundan başqa, resursda qanundan yan keçərək uşaq övladlığa götürmək istəyənlərin də elanları tapılıb.

Alatau vilayətinin prokuroru saytın qanunsuz elan edilməsi və Qazaxıstan ərazisində fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib, məhkəmə ərizəni təmin edib.

“Eyni zamanda “insan alveri” maddəsi ilə bağlı yoxlama aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu cinayət əməli əmlakı müsadirə olunmaqla 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, – deyə prokurorluqdan əlavə edilib. Oxu.az

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …