Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycandakı nə qədər pensiya alan var?

Azərbaycandakı nə qədər pensiya alan var?

2020-ci ilin 1 aprel tarixinə əmək pensiyalarının orta aylıq məbləği bu ilin əvvəli ilə müqayisədə 12,3 faiz və ya 32,3 manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 27,8 faiz və ya 64,42 manat artaraq 300 manata yaxın olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği isə 327,1 manat təşkil edib.

Ölkəmizdə pensiya alanların sayı 1 milyon 270 min nəfərdir ki, bu da ölkə əhalisinin 12.6 faizini təşkil edir.

Pensiyaçıların 58,4 faizi yaşa, 11,4 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …