Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Kəmalə Ağazadədən Afaq Bəşirqızının qalmqallı fikrinə münasibət

Kəmalə Ağazadədən Afaq Bəşirqızının qalmqallı fikrinə münasibət

“Qadının dedikləri rayon-Bakı məsələsi deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Xalq artisti Afaq Bəşirqızın böyük qalmaqala səbəb olan “rayonlardan gəlib Bakıda “podyez”də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər” fikrinə münasibətində deyib. 
Sədrin fikrincə, bu gün həyat yoldaşları tərəfindən şiddətə məruz qalan ailələr, qadınlar var: 
“Əslində Afaq Bəşirqızının çıxışından sonra hamı onu qınadı. Amma diqqətlə qulaq assaydılar görərdilər ki, qadının dedikləri Bakı, rayon məsələsi deyil. Qadının dediyi o idi ki, rayonda təsərrüfatı olan insanlar da torpağını bəyənməyib Bakıda “pakrışka” qaraltmağa üstünlük verib. Afaq Bəşirqızı qeyri-adi söz deməyib. Bu gün regionlarımızda öz təsərrüfatlarını idarə edib, ailəsini dolandıran insanlarımız var. Axı bunlar minlərlədir. Elə rəhbərlik etdiyim sığınacaqdan gəlib keçən, ailələri, həyat yoldaşları tərəfindən şiddət görən qadınlarımızı deyim. Onlar rayonlarda olsaydılar, bəlkə də belə həyat yaşamazdılar və bunlar onların başına gəlməzdi”.
Kəmalə Ağazadə qeyd edib ki, heç kəs bunu üzərinə region söhbəti olaraq götürməməlidir: 
“Söhbət cahil insanların bu duruma düşməsindən, vaxtında təhsil almamasından, yaşadıqları yerdə xoşagəlməz hərəkətlər etməsindən gedir. Deyirlər ki, “Bakı böyük şəhərdi, hərəkətlərimi heç kəs görməyəcək, məni tanımayacaqlar”. Bu gün məhz bunlara görə bizim ciddi problemlərimiz çıxıb”.
Qeyd edək ki, Xalq artisti Afaq Bəşirqızı mətbuata açıqlamasında “rayonlardan gəlib Bakıda “podyez”də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər” deyə bildirib. Onun bu fikiri cəmiyyətdə qalmaqala və narazılığa səbəb olub.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …