Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Azərbaycanda 1200 şagird abort etdirib

Azərbaycanda 1200 şagird abort etdirib

Bunu big.az saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov qeyd edib ki, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir:
“Artıq biz abort olunma həddindəyik. Təəsüflər olsun ki, orta məktəblərin idarə olunmasındakı ciddi boşluqlar daha təhlükəli fəsadlar yarada bilir. Belə ki, son illər ərzində rəsmi statistikalara nəzər saldıqda görürük ki, abort olanlar arasında az yaşlıların, məktəblilərin sayı çoxalır. Bu kimi halların baş verməsinin əsas səbəbi məktəblərdə nəzarətsizliyin hökm sürməsi, səlahiyyətli şəxslərin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməməsidir. Bu kimi halların baş verməsinə şagirdlərin fiziki inkişafla bağlı məlumatsızlığı da təsir göstərir. Şagirdlər arasında cinsi inkişaf, onun fəsadları ilə bağlı lazımi maarifləndirmə tədbirləri görmək lazımdır. Avropa və Amerika ölkələrində bununla bağlı xüsusi təlimçilər var. Amma biz yalnış olaraq düşünürük ki, bu şagirdlərə daha da açıq olmaq və beyinlərini oyatmaq kimi olacaq. Bu heç də belə deyil. Necə olur ki, hər gün siqaret əleyhinə, narkomaniya əleyhinə, erkən nigahlar əleyhinə təbliğatlar aparırırq, amma heç bir fəsad yoxdr, amma zorlama, cinsi istismar, onun fəsadları barədə təbliğat aparmaqdan qorxuruq. Əlbətdə ki, bunu qız və oğlan şagirdlərə fərqli olaraq marifləndirmək lazımdır. Əgər bu kimi tədbirlər görülsə, şagirdlər arasında abort hallarının sayı kəskin şəkildə azalacaqdır”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …