Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Azərbaycan və İsrail liderlərinin görüşündə Fələstin məsələsi müzakirə olunacaq

Azərbaycan və İsrail liderlərinin görüşündə Fələstin məsələsi müzakirə olunacaq

İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək.

Qeyd edək ki, Azərbaycan beynalxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq, Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın