Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Sosial / “Avropanın aparıcı media orqanları konfliktlərə ikili standartlardan yanaşır” – ATƏT-in Vyana toplantısı

“Avropanın aparıcı media orqanları konfliktlərə ikili standartlardan yanaşır” – ATƏT-in Vyana toplantısı

27-28 Oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Xüsusi Nümayəndəliyinin təşkilatçığılı ilə “İfadə və Mətbuat Azadlığı: Münaqişə situasiyasında jurnalistlərin təhlükəsizliyi” mövzusunda iki günlük toplantı keçirilib. ATƏT üzvü olan 57 ölkənin səfirlərinin, diplomat və QHT rəhbərlərinin, habelə hüquq müdafiəçiləri və jurnalistlərin iştirak etdiyi tədbirdə konflikt zonalarında jurnalistlərin təhlükəsizliyi, media, etik standartlar və təbliğat siyasəti, habelə hökumət və vətəndaş cəmiyyətinin mətbuat azadlığındakı rolu müzakirə edilib.

Tədbirin ikinci günündə – Oktyabrın 28-də baş tutan müzakirələr “Münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyi: ATƏT, hökumətlər və vətəndaş cəmiyyətinin rolu” mövzusunda idi. Müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov məruzə ilə çıxış edib. Dünyada baş verən münaqişə, müharibə və toqquşmalara diqqət çəkən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanın 25 ildən çox bir müddətdə terrordan əziyyət çəkdiyini, ərazilərinin bir hissəsinin hələ də işğal altında qaldığını və Avropanın aparıcı media qurumlarının bu münaqişəyə ikili standartdan yanaşdığını bilirib.

Ümumiyyətlə, ATƏT üzvü olan ölkələrin və onların media qurumlarının konlfliktlərə münasibətdə ikili standartdan yanaşdığını xüsusi vurğulayan ADİHİ rəhbəri Ermənistan mətbuatının da işğalçı siyasətin tərkib hissəsi kimi çıxış etdiyini deyib.

Həmçinin oxuyun

Qaraçuxurda uşaq bağçasında yanğın – FOTO/VİDEO

Bakının Suraxanı rayonunda yanğın hadisəsi olub.Yanğın Qaraçuxur qəsəbəsindəki “Tumurcuq” uşaq bağçasının həyətində baş verib.Belə ki, …

Bir cavab yazın