Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / ASDP-nin sədr müavinləri Ermənistandadır

ASDP-nin sədr müavinləri Ermənistandadır

Azərbaycan Sosial Demokrat Partiyasının sədr müavinləri Səlahəddin Allahevrdiyev və Yaşar Əsədov Ermənistandadırlar.

Strateq.az bildirir ki, ASDP rəsmiləri Sosialist internasionalının (Sosintern) Yerevanda keçirlən iclasında iştirak etmək üşün düşmən ölkəyə gediblər.

8-9 iyun tarixlərində Yerevanda keçirləcək Sosinterinin Qafqaz və Qara dəniz ölkələri üzrə komissyasının iclasında regionda demokratiyanın güclənməsi və münaqişələrin həlli barədə müzakirələr aparılacaq.

ASDP sədri Araz Əlizadə Strateq.az-la söhbətdə bildirib ki, ASDP rəsmilərinin Yerevana getməsini vacib edən o iclasda Qarabağla bağlı münaqişənin müzakirəsidir. “Biz düşmən torpağında Qarabağ həqiqətlərini üzbəüz demək üçün ora getməyi qərara aldıq”-deyə, A. Əlizadə bildirib.

Sosinternin iclasında Rusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Belarus, Moldova, Macarıstan və Qırğızstanın sosial-demokrat partiyalarının nümayəndələri iştirak edir.

Xatırladaq ki, 2010-cu ildə Bakıda keçirlən Sosinternin iclasında Ermənistanı “Daşnaksutun” partiyasının nümayəndələri təmsil edib.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …

Bir cavab yazın