Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Ağacan Əbiyev vəzifədən getdi – Dəyişiklik

Ağacan Əbiyev vəzifədən getdi – Dəyişiklik

Millət vəkili, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru Ağacan Əbiyev Gənclər və İdman Nazirliyi Kollegiyasının üzvlüyündən çıxarılıb.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarına etdiyi dəyişiklikdə əksini tapıb.
Gənclər və İdman Nazirliyi Aparatının sabiq rəhbəri Fuad Hacıyev isə yeni statusda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru kimi nazirliyin Kollegiyasında yenə də üzv kimi təmsil olunacaq. Gənclər və İdman Nazirliyi Aparatının yeni rəhbəri Rüfət Həsənov da Kollegiyanın üzvü təsdiqlənib.
Qərar aprelin 6-dan qüvvəyə minib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın