Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Abşeronun qəssablarına xəbərdarlıq edilib

Abşeronun qəssablarına xəbərdarlıq edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən, Abşeron Rayonu İcra Hakimiyyətinin nümayəndələri və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə, rayonun Hökməli və Qobu qəsəbəsi, Xırdalan şəhəri ərazisində 14 kəsim sahəsində reyd keçirilib.

AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı müəyyən olunub ki, həmin ünvanlarda fəaliyyət göstərən 8 mağazada ətlərin satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. Bununla əlaqədar olaraq qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib, eyni zamanda yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən ləğv edilib.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirəcəyini bəyan edir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …