Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Ümid Partiyasının sədri, millət vəkili iqbal Ağazadə ilə görüşüb.
ABŞ səfirliyinin Siyasi İşlər üzrə müşaviri Syuzan Çesli, Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə və sədrin Beynəlxalq Əlaqələr üzrə müavini Ramin Hacılının iştirakı ilə keçirilən görüşdə ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Ümid Partiyasının Mətbuat Xidməti