Bazar , Yanvar 17 2021
Ana səhifə / Sosial / ABŞ səfiri: Trampın komandasında Cənubi Qafqaz barədə kifayət qədər məlumatlı ekspertlər var

ABŞ səfiri: Trampın komandasında Cənubi Qafqaz barədə kifayət qədər məlumatlı ekspertlər var

“Bu seçkilərdə dinc yolla hakimiyyətin ötürülməsinin şahidi olduq”.

APA-nın məlumatına görə, bunu ABŞ-da seçkinin nəticələrinə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

R. Sekuta bildirib ki, Hillari Klinton rəqibi Donald Trampı qələbə münasibətilə təbrik edib.

Diplomat demokratların prezidentliyə namizədi Hillari Klintondan fərqli olaraq, yeni prezident Donald Trampın Cənubi Qafqaz regionu barədə az məlumata malik olması barədə fikirlərlə razılaşmayıb: “Donald Trampın komandasında da Cənubi Qafqazla bağlı kifayət qədər məlumatı olan ekspertlər var”.

Həmçinin oxuyun

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya strategiyası təsdiq edildi

Nazirlər Kabinetinin bu günkü sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya …

Bir cavab yazın