Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / ABŞ-ın dövlət katibi azərbaycanlıları Novruz münasibətilə təbrik etdi

ABŞ-ın dövlət katibi azərbaycanlıları Novruz münasibətilə təbrik etdi

ABŞ-ın dövlət katibi Reks Tillerson Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Bu barədə ABŞ Dövlət Departamentinin saytı xəbər yayıb.

“Bütün dünyada milyonlarla insanlar, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzi xalqları bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər”, – deyə təbrikdə deyilir.

Dövlət katibi bu bayramı qeyd edənlərə xoşbəxt və firavan Novruz arzulayıb.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın