Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Sosial / “ABŞ-ın dövlət borcu dünya iqtisadiyyatı üçün siqnaldır” – Putin canlı yayımda

“ABŞ-ın dövlət borcu dünya iqtisadiyyatı üçün siqnaldır” – Putin canlı yayımda

Rusiya prezidenti Vladimir Putin növbəti dəfə canlı yayımda sualları cavablandırır.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, canlı efirdə Putinə sual ünvanlayan şəxslərdən biri də ölkənin keçmiş maliyyə naziri Aleksey Kudrin olub. Eks nazir Rusiyanın 2018-ci ilə qədər iqtisadi inkişafının zəifləmə tempi ilə bağlı sual verib. Putin isə Kudrinə cavab olaraq bildirib ki əgər nə isə gözdən qaçıbsa, bu həm də sizin günahınızdır, çünki Strategiya-2020-də siz iştirak etmisiniz.

Putin həmçinin bildirib ki, Rusiya iqtisadiyyatı yaşadığı çöküşdən sonra ancaq 2 ildən tez olmadan bərpa oluna bilər: “Rusiya hökuməti qarşısında duran məsələ hazirkı ağır dövrü  iqtisadiyyat üçün ən az itki ilə başa vurmaqdır”.

Rusiya prezidenti onu da əlavə edib ki, ABŞ-ın dövlət borcunun səviyyəsi bütün dünya iqtisadiyyatı üçün siqnaldır.

Prezident həmçinin sanksiyalarla və neftin qiymətinin düşməsi ilə bağlı proqnozlaşdırılan böhranın baş vermədiyini vurğulayıb. Dövlət başçısı Rusiyanın heç bir təhdidlərdən də qorxmadığını əlavə edib.

Rusiya prezidenti Qərbin Rusiyaya qarşı sanksiyalarının artıq Ukraynadakı situasiya ilə əlaqəli olmadığını, sanksiyaların əsasında siyasət durduğunu qeyd edib.

Həmçinin oxuyun

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və …

Bir cavab yazın