Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / ABŞ-dan Qarabağ açıqlaması: “Putinin səyləri alqışlayırıq”

ABŞ-dan Qarabağ açıqlaması: “Putinin səyləri alqışlayırıq”

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinin qarantı kimi çıxış etməyə hazır olmasını alqışlayırıq.

Bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Biz Rusiya prezidenti Vladimir Putinin şəxsən Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq istiqamətində göstərdiyi səyləri alqışlayırıq”,- deyə həmsədr bildirib.

Uorlikin sözlərinə görə, beynəlxalq sülhməramlıların Dağlıq Qarabağda təhlüksəziliyin təmin edilməsi məqsədi ilə yerləşdirilməsi münaqişənin həlli hissəsi kimi qəbul edilib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın