Ana səhifə / Sosial / Abbas Abbasovun Moskvadakı biznesinə ağır zərbə…

Abbas Abbasovun Moskvadakı biznesinə ağır zərbə…

Baş nazirin sabiq birinci müavini, 2013-cü ilin prezident seçkiləri ərəfəsindəki fəaliyyətinə görə Azərbaycan iqtidarının qəzəbinə gələn Abbas Abbasovun Moskvadakı biznesinə ağır zərbə vurulub.

A.Abbasov bu yaxınlarda bir neçə böyük ticarət obyekti üzərində nəzarətini və payını itirib.

Bu obyektlərdən biri Azərbaycan dövlətinin mülkiyyəti sayılan, uzun illərdir A.Abbasovun nəzarəti altında olan “Mosazervinzavod”dur. Burda müxtəlif adlarda konyak (“Abşeron”, “Gəncə”, “Şirvan”, “Bakı”) və “Staraya Ploşad” adlı araq istehsal olunur.

Bu zavod tam şəkildə A.Abbasovun nəzarəti altında olub. Lakin yanvar ayında baş nazirin sabiq müavininin zavodla əlaqələrinə son verilib.

Bundan başqa, A.Abbasov yəhudilərlə şərikliyi olan məşhur “Bakinskiy dvorik” restoranındakı payını da itirib. “Kutuzov” prospektində yerləşən bu restoranın dəyəri milyonlarla ölçülüb.

Xatırlatmaq yerinə düşər ki, bir qədər əvvəl A.Abbasov “Azerros” rəşkilatından da uzaqlaşdırılmışdı.

Belə görünür ki, Azərbaycan hakimiyyəti A.Abbasova 2013-cü ildəki xəyanətini bağışlamayıb və ona qarşı Moskvanın rəsmi dairələrinin münasibətini də mənfiyə doğru dəyişdirməyə nail olub. Baş nazirin sabiq müavininin Moskvadakı biznesinin də əlindən alınması belə deməyə əsas verir.(AzPolitika)

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …

Bir cavab yazın