Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Elnur Nağızadə dələduz olduğu barədə ittihamı rədd etdi…

Elnur Nağızadə dələduz olduğu barədə ittihamı rədd etdi…

Tələbə Qəbulu üzrə Dövlət Komisisyasının (TQDK) dələduzluqda ittiham olunan keçmiş işçisi özü haqda yaılan məlumatı əsassız adlandırıb. TQDK-nın mətbuat xidmətinin keçmiş rəhbəri Elnur Nağızadə  açıqlamasında 150 min dollarlıq dələduzluq etməsi barədə ittihamdan xəbərsiz olduğunu bildirib.
“Bu haqda xəbərim yoxdur. İlk olaraq sizdən eşidirəm. Yalan informasiyadır”.
“Report”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində hüquq-mühafizə orqanlarına şikayət edilib. Məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov prokurorluğa müraciət edərək, 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparıldığı bildirilir.
Qeyd edək ki, E.Nağızadə beş ildən artıq müddətdə TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O bu ilin yanvar ayında vəzifəsindən azad edilib.(Modern.az)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın